BAKI, 13 okt — Sputnik. Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Sputnik-in məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 22 min 606 nəfəri ötdüyünü bildirib. Eyni zamanda 20 ölkədən 138 müşahidəçi də qeydiyyatdan keçib.
MSK sədri bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu da nəzərə çatdırıb.