BAKI, 13 okt — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə bağlı daxil olmuş şikayətlərə baxılıb.
Sputnik-in məlumatına görə, MSK 24 saylı Nizami Birinci Seçki Dairəsindən namizədliyi öz təşəbbüsü irəli sürülmüş Xalid Bağırov, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi öz təşəbbüsü irəli sürülmüş Mehdi Əhmədov, 66 saylı Biləsuvar Seçki Dairəsindən “Azadlıq-20115” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Mirzəkulla Zəki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Aynur Bağırzadə, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Ülvi Həsənov, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Nizami Abdurazaqov, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş hüquqşünas Akif Hüseynovun müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb.
Bu şikayətlərdə sözügedən DSK-ların qərarları qüvvədə saxlanıb.