BAKI, 13 okt — Sputnik. Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. Ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdü.
***
Ingilis C. Sonders Hyu-York stadionunda keçirilmiş yarışda fasiləsiz olaraq 191 kilometr məsafəni 22 saat 49 dəqiqəyə başa vurub. 1964-cü ildə 48 yaşlı bir idmançı Los-Anceles ilə Nyu-York arasındakı məsafəni 73 gün 8 saat 20 dəqiqəyə qət etmişdi. O gündə orta hesabla 68.8 kilometr qaçıb. Idmançı bu qaçış zamanı 15 kiloqram arıqlamışdı.
***
"Nənələr cazı" adlı caz kollektivi İsveçrədə yaradılıb. Onların ən cavanının 50, ən qocasının isə 80 yaşı olub. Kollektiv 20 nəfər çox yaşlı qadınlardan ibarət olub. Ifaçılar arasında 75 yaşlı Doroti Sauti öz gözəl ifaçılığı ilə fərqlənirdi.
***
Bu hadisə İspaniyada baş verib. İspanlar Pireney yarımadasını ərəblərdən azad etmək üçün mübarizə aparırdılar. Nəticədə onlar qalib gəldilər. Kordova şəhərinin başçısı ərəb Əli Mənsur son nəfəsinədək vuruşmağı qərara alır. Lakin məğlub olur. O, islam dinini atır və xristian dinini qəbul edir. İspan kralı onu hörmətlə qarşılayır və hərbi rütbə verir. Bir neçə gündən sonra Əli Mənsur xəstələnir, onun yanına çoxlu adamlar gəlir, onlarda xəstələnir. Sonra məlum olur ki, Əli Mənsur özünü taun xəstəliyi ilə yoluxdurub və bu yolla ispanlardan intiqam alıb.
***
Fransızlar ən nəzakətli xalq sayılır. Bir yazıçı bunu sübut etmək üçün yazır: Bu yaxınlarda Parisin köhnə bir qəbiristanlığında üzərində yazılar olan bir baş daşı tapdım. Orada yazılıb: "Mənim istirahət yerimə yaxınlaşanda ayağa qalxıb sizi salamlamadığım üçün üzr istəyirəm".
***
Belçikalı Jozef Tayyandenin qonşusu hər gecə maqnitofonu işə salır və eyni musiqini saatlarla çaldırırmış. Dəcəl qonşu polisin də sözünə baxmırmış. Bir dəfə qonşu gecəyarı maqnitofonda xoşa gəlməyən bir caz musiqisi çaldırır. Bu səsi eşidən Tayyande çəkiclə divarı döyür. Divar güclü zərbəyə davam gətirməyib çatlayır və oradan gümüş pullar tökülür. Bu pulları evin keçmiş sahibi gizlədibmiş.
***
Itlər üçün mehmanxana, pişiklər üçün pansionatlar olub. Atlara isə tövlədən başqa bir şey təklif edilməyib. Atlara qarşı belə bir "nəzakətsizliyi" amerikalı Hendriks aradan qaldırıb. O, Los-Ancelesdəki cıdırda atlar üçün xüsusi otel açdırıb. Yarışlardan əvvəl atlar həmin otellərdə istirahət edib, dincəlirdilər.
***
Yuqoslaviyada şəhər stadionlarının birində futbol oyunu keçirilirmiş. Tamaşaçılar oyuna maraqla baxırmışlar. Topa vurulmuş zərbələrdən biri daha güclü olur. Top yüksəyə qalxır və yerə düşmür. Tamaşaçılar özlərini itirirlər. Oyun yaddan çıxır. Hamı bu maraqlı hadisənin axırını gözləyir. Sən demə elə bu vaxt meydançanın üstündən qartal uçurmuş. O, havadakı topu yem bilib caynaqlarına alır. Yalnız stadiondan bir kilometr aralanandan sonra qartal topu yerə buraxır.
***
Ən çox süd verdiklərinə görə dünyada üç ölkədə — ABŞ-da, Hollandiyada və Danimarkada inəklərə heykəl qoyulub. Dördüncü heykəl isə ildə 8 min l süd verən inəyə 1981-ci ildə Rumıniyanın Mureş şəhərində qoyulub.
Kayzen