CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin IV çağırış son iclasının vaxtı dəyişib

Abunə olmaq
İclas oktyabrın 23-dən 20-nə keçirilib.

BAKI, 13 okt — Sputnik. Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının tarixi dəyişdirilib.

MM-dən APA-ya verilən məlumata görə, iclas oktyabrın 23-dən 20-nə keçirilib. Bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olan millət vəkillərinə seçki gününə hazırlığa daha çox vaxt vermək üçün iclasın vaxtı 3 gün əvvələ çəkilib.

İclasın gündəliyində hazırda 25 məsələ nəzərdə tutulsa da, əlavə bir neçə layihənin də gündəliyə salınması gözlənilir.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

Xəbər lenti
0