CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik qanunsuz kabel yayımı ilə məşğul olanları araşdırır

© tophdgallery.comTv kanal
Tv kanal - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğul olanlar barədə Vergilər Nazirliyində araşdırma aparılır.

BAKI, 13 okt — Sputnik. Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğul olanlar barədə Vergilər Nazirliyində araşdırma aparılır.

Bunu APA-ya MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov məlumat verib.

O bildirib ki, Vergilər Nazirliyi tərəfindən MTRŞ-ya məsələnin araşdırılması ilə bağlı məlumat verilib: “Lisenziya olmadan kabel şəbəkəsi yayımı həyata keçirmək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deməkdir. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı məsələləri isə Vergilər Nazirliyi araşdırır”.

N. Cavadov qeyd edib ki, Azərbaycanda qeyri-qanuni kabel şəbəkəsi yayımı ilə məşğul olanlar Alfanet MMC, Avirtel, Izone MMC, Azeronline, Enginet.az, Smart System technologys, Global service Provider, Eurosel, Uninet MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Aztelekom, CityNet, Smartonline.az, Metronet, Az-Evro Tel MMC, Ott.az və GigaNet-dir.

Xəbər lenti
0