Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın kredit faizini endirməyə dair fəaliyyəti davam edəcək

Abunə olmaq
2016-ci ildə banklarla kredit faiz dərəcələrinin aşağı salınması istiqamətində dialoq davam etdirləcək. Sputnik xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə 2016-cı il büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

BAKI, 13 okt — Sputnik. 2016-ci ildə banklarla kredit faiz dərəcələrinin aşağı salınması istiqamətində dialoq davam etdirləcək. Sputnik xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə 2016-cı il büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, devalvasiyanın olmasına baxmayaraq bankların kredit verməsində və kreditlərin toplanmasında ciddi problem yaranmayıb: “Cari ildə banklar 7,5 mllrd. dollar həcmində kredit verib. Bu isə onu göstərir ki, devalvasiyaya baxmayaraq banklar kreditlərin geri qaytarılmasınada ciddi problemlə üzləşmir.”

Rüstəmov bildirib ki, vətəndaşların 2016-ci ildə kreditlərə çıxışını asanlaşdırmaq istiqamətində işlər davam etdiriləcək: “Xüsusi ilə də real sektorun inkişafı məqsədi ilə bir sıra addımlar atılacaq.”

Rüstəmov onu da əlavə edib ki, növbəti ildə Mərkəzi Bankın və hökumətin əsas prioritetlərindən biri də ipoteka kreditinin genişləndirilməsi olacaq.

“İndiyədək İpoteka fondunun xətti ilə 17500 ailəyə 700 mln manat həcmində ipoteka krediti verilib. Biz gələcəkdə ipoteka krediti bazarının canlandırılması məqsədi ilə bir sıra işlər görürük. İpoteka kreditinin faiz dərəcələrinin aşağı salınması və ipoteka vəsaitlərinin artırılması istiqamətində işlər gedir. Mərkəzi bank bu prosesə ciddi dəstək verəcək”, – deyə Rüstəmov vurğulayıb.

Xəbər lenti
0