BAKI, 13 okt — Sputnik. 2016-ci ildə hökumət sosial prioritetlərə, ölkənin müdafiə qabliyyətini artırılmasına və önəmli layihələrin icrasına lazımi vəsaiti ayıracaq.
Sputnik xəbər verir ki. bunu maliyyə naziri Samir Şərifov 2016-cı il büdcəsinin layihəsinin parlamentdə müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti ilin büdcəsinin 62,2%-i sosial xərclərə yönəldiləcək. Bununla da büdcədə sosialyönümlü xərclər 2015-ci illə müqayisədə 8,6 % çox olacaq. Təhsil, səhiyyə, elm, mədəniyyət və humanitar sahəyə ayrılan vəsait 5,12 mlrd manat təşçil edəcək.
Nazir bildirdi ki, məqsədli dövlət proqramlarının icrasına 8,7 mlrd manat vəsait ayrılıb. Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə növbəti ilin büdcəsində 324 mln manat vəsaitin ayrılması nəzərdə tutulur.
Nazir vurğuladı ki, ölkənin təhlükəsizliyinin və müdafiə qabliyyətinin qorunması da əsas prioritetlər sırasındadır və bu məqsədlə növbəti ilin büdcəsində lazımi vəsait nəzərdə ututlur. Belə ki, bu məqsədlə büdcədən 2, 97 mlrd manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da büdcəsinin 18,3 % deməkdir.
Xarici borcların başlanması haqqında danışan nazir bildirdi ki. bu məqsədlə 1,7 mlrd manatın ayrılması nəzərdə tutulur.