BAKI, 13 okt — Sputnik. 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 65 min yeni iş yeri açılsa da, 30 min iş yeri bağlanıb. Biz bunu ciddi analiz adib edib bağlanmasının səbəblərini araşdırmalıyıq. Bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün parlamentdə 2016-cı il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycanda demoqrafik vəziyyətə uyğun işsizlik problemini həll etməyə üstünlük verilməlidir.
“Biz çalışmalıyıq ki, ölkədə işsizlik nəzərdə tutulmuş həddən artıq olmasın. Biz yeni iş yerlərinin açılması üçün ölkədə kiçik və orta sahibkarlığın inkişaf etdirlməsi ilə yanaşı iri istehsal sahələrinin yaradılmasına da çalışmalıyıq. Bu məqsədlə ölkədə texnoparklar yaradılıb, onlar vergilərdən azad edilib, ancaq buna baxmayaraq problemlər qalmaqdadır. Müəssisələrin vergidən azad edilməsinin və vergi güzəştlərinin müəyyən həddi olamlıdır”, — deyə komitə sədri vurğuladı.
Komitə sədri onu da əlavə etdi ki, sahibkarlığın inkişaf etdilməsi məqsədi ilə Vergi Məcəlləinə dəyişiklik ediləcək: “Hesab edirəm ki, bu dəyişiklik real sektorun və sahibkarlığın inkişafına müsbət təsir edəcək.”
Komitə sədri bildirdi ki, ölkədə ildə gizli iqtisadiyyatı 2-3% azatmaqla büdcəyə böyük miqdarda gəlir axınını təmin etmək olar.