BAKI, 13 okt — Sputnik. Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü ilə əlaqədar olaraq xüsusi tədbir təşkil olunacaq.
Tədbir cərcivəsində ilk dəfə olaraq “Beynəlxalq Çay Festivalı” keçiriləcək. Festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunacaq. Tədbirdə Yaponiya, Türkiyə, Çin, İran, Hindistan, Tacikistan və s. ölkələrin çay mərasimləri göstəriləcək. Görülən işlər haqqında hesabat veriləcək, gələcək planlar barədə danışılacaq. Aşpazların əl işləri nümayiş etdiriləcək.
Tədbir “Xanədan” etno-restoranda (Bakı şəhəri, Z.Bünyadov 43,Elit ticarət mərkəzinin yanı) keçiriləcək.