Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abid Şərifov Türkiyə səfirliyində olub

© Photo : APAAbid Şərifov
Abid Şərifov - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin paytaxtı Ankarada oktyabrın 10-da çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində açılan dəftəri imzalamaq üçün Baş nazirin müavini Abid Şərifov gəlib.

BAKI. 12 okt — Sputnik. Türkiyənin paytaxtı Ankarada oktyabrın 10-da çoxsaylı insan tələfatı ilə nəticələnən terror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində açılan dəftəri imzalamaq üçün Baş nazirin müavini Abid Şərifov gəlib.

Bu barədə Sputnik-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. 

Dəftər bu səhər saat 10.00-dan açılıb və axşamadək davam edəcək.

Səfirlik məsələnin həssaslığını nəzərə alaraq başsağlığını bütün ictimaiyyətə açıq etməyib.

Hadisə yerindən məlumat verən Sputnik-in əməkdaşı bildirib ki,  türk xalqı və hökumətinə  bu acını bölüşməyə və terrora qarşı mücadilədə həmrəy olduğunu bildirmək üçün xeyli sayda rəsmi və diplomatik nümayəndəliklərin təmsilçiləri olub.

Gün ərzində Türkiyənin Azərbaycandakı səfrilyində açılan dəftərə Baş nazirin müavini Abid Şərifov, Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadə, KİV rəhbərləri adından Mətbuat Şurasının sədri Əflatun Amaşov, bəzi millət vəkilləri öz qeydlərini ediblər. Gün ərzində daha çox fəallıq göstərən Azərbaycanda fəlaiyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri olub. Onlar da öz fikirlərini bu dəftərə yazaraq  türk xalqına və dövlətinə terror nəticəsində dünyasını dəyişənlərlə dərin hüznlə baş sağlıqı verməklə yanaşı, bu terror aktını qətiyyətlə pisləyiblər.

Sabah da dəftər açıq olacaq və istəyən şəxslər gəlib ora öz fikrini qeyd edəcək.

Qeyd edək ki, oktyabrın 10-da səhər saatlarında Türkiyənin paytaxtı Ankarada müharibə əleyhinə mitinqdən əvvəl törədilən iki partlayış nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşıb, yaralıların sayı isə 200 nəfərdir.

Partlayışlar yerli vaxtla saat 10:00-da ölkənin cənub-şərqində türk-kürd münaqişəsi səbəbilə zorakılığın şiddətlənməsinə qarşı etiraz əlaməti olaraq, "Əmək, sülh, demokratiya" şüarı altında həmkarlar ittifaqları və ictimai təşkilatlar tərəfindən təşkil edilən mitinqdən əvvəl baş verib.

Türkiyə KİV-i polisdəki mənbəyə istinadla partlayışların mitinq iştirakçılarının mitinq keçirilən yerə doğru hərəkət etdiyi zaman dəmiryol vağzalı rayonunda estakada altında terrorçu-kamikadzelər tərəfindən törədildiyi barədə məlumat yayıb.

Çoxsaylı insan tələfatl ilə nəticələnən terror hadisəsi ilə bağlı Türkiyədə üçgünlük matəm elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana  Ankarada törədilmiş terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: 

"Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Xəbər lenti
0