Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gürcüstan maraqlarını təmin etmək üçün balanslı siyasi kursa dönüb

Abunə olmaq
Vüqar Bayramov: Gürcüstanın mavi yanacaq üzərindən Rusiya ilə əməkdaşlıq niyyəti sübut edir ki, bölgədə yeni siyasi situasiya yaranmaqdadır.

BAKI, 12 okt — Sputnik. Gürcüstanın mavi yanacaq üzərindən Rusiya ilə əməkdaşlıq niyyəti sübut edir ki, bölgədə yeni siyasi situasiya yaranmaqdadır. Bunu Sputnik-ə açıqlamasında iqtisadçı alim Vüqar Bayramov Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə apardığı danışıqları və Gürcüstan baş nazirinin Azərbaycana gözlənilməz səfərini şərh edərkən deyib.

“Bu bir daha göstərir ki, region siyasi-strateji cəhətdən, həm də iqlim dəyişikliyi baxımından qışa hazırlaşır. Avroatlantik məkana tam inteqrasiya xətti tutan Gürcüstanın birdən-birə bu xətdən vaz keçərək Rusiya ilə əməkdaşlığı  yaxın gələcəkdə bölgədə baş verə biləcək ciddi proseslərdən xəbər verir”, — deyə Bayramov vurğuladı.

Onun sözlərinə görə, baş verən proseslər sübut etdi ki, Avrointeqrasiya xətti Gürcüstan üçün elə də effektli ola bilmədi və bu xarici siyasi kurs ölkənin iqtisadi siyasi maraqlarını təmin etməyə imkan vermir: “Çünki  Tiflisin Avroatlantik məkana inteqrasiya dəsti xəttinə Qərb adekvat reaksiya verə bilmir. Ona görə də Gürcüstan öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün balanslaşdırılmış siyasi kursa dönərək Rusiya ilə əməkdaşlığa üstünlük verib. Ümumiyyətlə, Ukrayna təcrübəsi sübut etdi ki, MDB məkanında olan dövlətlərin balanslaşdırilmış siyasət yürütməsi ən düzgün yanaşmadır. Bundan kənar variant həmin ölkənin öz siyasi və iqtisadi maraqlarını nə qorumağa, nə də təmin etməyə imkan vermir.“

Ekspert hesab edir ki, Tiflisin balanslaşdırma siyasəti regionda fərqli bir  geosiyasi səhifənin açılmasına gətirib çıxaracaq: “Bu da nəticədə bölgədə vahid  bir strateji xəttin hazırlanmasına gətirəcək. O baxımdan baş verən proseslər fonunda Azərbaycan öz mövqeyini qoruyub saxlayacaq.  Azərbaycan yenə də bölgədə əsas enerji ixracatçısı və baş verən proseslərdə əsas oyunçu olaraq qalacaq.”

Bayramov onu da xüsusilə vurğuladı ki, postsovbet məkanında olan ölkələrin balanslaşdırılmış xarici siaysət kursuna dönüşü bir daha gösətiri ki, Azərbaycanıən xarici siyasət kursu düzgün olub: “Azərbaycan məhz balanslaşmış siyasət nəticəsində bu gərgin geosiyasi gəlişmələrdə mövqeyini qoruyub saxlamaqla maraqlarını təmin edə bilib. Bu ən düzgün seçimdir. Bir daha Ukrayna təcrübəsini fonunda demək istəyirəm ki, Qərb bu ölkədə hakimiyyət dəyişikliyinə dəstək verdi, ancaq sonrakı mərhələdə lazımı dəstəyi nümayiş etdirmədi. Nəticədə Ukrayna nəinki  öz maraqlarını təmin edə bilmədi, eyni zamanda ərazi bütövlüyünü itirmiş oldu.”

Xəbər lenti
0