ELM

2015-də ildə xaricdə tələbələrin oxumasına 44 mln. manat ayrılıb

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidTələbə
Tələbə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan dövləti 2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında bu günədək 3185 tələbə xarici ölkələrdə təhsil alır. Bunu Sputnik-ə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

BAKI, 12 okt — Sputnik. Azərbaycan dövləti 2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında bu günədək 3185 tələbə xarici ölkələrdə təhsil alır. Bunu Sputnik-ə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 

Onun sözlərinə görə, dövlət onların təhsil haqqını ödəmək üçün büdcədən lazımı vəsait ayrıb. “Bu vəsaitlər hər il üçün eyni olmayıb. Belə ki, hər il üçün Prqoram əsasında təhsil alan tələbələrin sayına uyğun olaraq müxtəlif  həcmdə maliyyə vəsaiti ayrılıb və bundan sonra da onalrın təhsilin davam etdirilməsi üçün lazımı vəsait ayrılacaq”, — deyə nazir bildirdi.

Nazir əlavə etdi ki, əgər 2008-ci ildə bu vəsaitin həcmi beş milyon manat idisə, bu həcm 2010-cu ildə 11,2 mln. manat, sonrakı illərdə 34 mln. manat, 2015-də isə 44 mln. manat təşkil edib: “Odur ki, proqram çərçivəsində xaricdə təhsil alan tələbələrin maliyyələşməsi hər il üçün fərqli olur. Bu o demək deyil ki, xaricdə təhsil alan tələblərə vəsait azaldılır. Bu yanlış fikirdir. Çünki proqram əsasına bir çox tələbə öz təhsilini başa vurub geri dönür, ondan əlavə hər il müxtəlif sayda tələbə xaricdə təhsil almağa  göndərilir. Bu proqramdan asılı olan məsələdir. əksinə Azərbaycan hökuməti xaricdə təhsil alan tələbələrin normal təhsili üçün əlindən gələni edir və burada problem yoxdur.”

Xəbər lenti
0