Müdafiə naziri vəzifədən uzaqlaşdırıldı

© president.kgAbibilla Kudayberdiyev
Abibilla Kudayberdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət əvvəl Kudayberdiyev barəsində cinayət işi açılıb. O, ordu üçün ayrılan büdcə xərclərindən qanunsuz istifadə etməkdə və korrupsiyada ittiham olunur.

BAKI, 12 okt – Sputnik. Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev vəzifədən uzaqlaşdırılıb. Bu barədə ölkə prezidenti Almazbek Atambayev sərəncam verib.

Xəbəri prezidentin mətbuat xidməti də təsdiqləyib.

Yerli mediaya görə, bir müddət əvvəl Kudayberdiyev barəsində cinayət işi açılıb. O, ordu üçün ayrılan büdcə xərclərindən qanunsuz istifadə etməkdə və korrupsiyada ittiham olunur.

Hazırda boşalan Müdafiə naziri vəzifəsini birinci müavin Zamirbek Suerkulov icra edir. 

Xəbər lenti
0