Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-İran birgə komissiyasının növbəti iclasının tarixi bilindi

© faktxeberМохсун Пак-Аийн, посол Ирана в Азербайджане
Мохсун Пак-Аийн, посол Ирана в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 3-cü ongünlüyündə Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının növbəti iclası keçiriləcək.

BAKI, 12 okt — Sputnik. Dekabrın 3-cü ongünlüyündə Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının növbəti iclası keçiriləcək. 

Sputnik xəbər verir ki, bu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, iclas dekabrın son on günlüyündə keçirriləcək və dəqiq tarixi hələ ki, bəlli deyil.

“Bu məqsədlə komissiyanın Azərbaycan tərəfindən həmsədri olan Sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti İrana səfər edəcək”, — deyə diplomat bildirib.

Səfir bildirib ki, iclasın yekunu olaraq bir sıra sənədlərin imzalanması gözlənilir: “Artıq bir sıra sənədlərin imzalanması ilə bağlı tərəflər razılığa gəlib. Bundan əlavə olaraq iclasda Astara-Astara Azərbaycanla İran arasında dəmiryolu tikintisi məsələsi də müzakirə olunacaq”.

Xəbər lenti
0