SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aleksandr Lukaşenko yenidən Belarusun prezidenti seçilib

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко
Президент Белоруссии Александр Лукашенко - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, seçicilərin 6 faizi bütün namizədlərin əleyhinə səs verib.

BAKI, 12 okt — Sputnik. Belarusda keçirilən prezident seçkilərində yenidən Aleksandr Lukaşenko qalib gəlib.

Sputnik-in verdiyi məlumata görə, ilkin hesablamalara əsasən  o, səslərin 83,49 faizini toplayıb. Bu barədə açıqlama verən Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, seçicilərin 6 faizi bütün namizədlərin əleyhinə səs verib. Digər namizədlər Tatyana Korotkeviç 4,42 faiz,  Segey Qaydukeviş 3,32 faiz və Nikolay Ulaxoviç 1,67 faiz seçici səsi qazana bilib.

Yekun nəticələr vilayət seçki komissiyaları və Minsk şəhərinin seçki komissiyası arasında hər bir namizəd üçün verilmiş səslər barədə yekun protokol imzalandıqdan sonra açıqlanacaq. 

Xəbər lenti
0