Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Arı zəhərinin sehri

Abunə olmaq
Alimlər tərəfindən arı zəhərinin kosmetik özəlliyi müəyyənləşdirilib.

BAKI, 11 okt — Sputnik. Alimlər tərəfindən arı zəhərinin kosmetik özəlliyi müəyyənləşdirilib. Cənubi Koreya Kənd Təsərrüfatı elmləri üzrə Milli Akademiyasının doktoru San Mi Xan arı zəhərində dərinin elastikləşdirmək funksiyasının olduğunu aşkar edib. Alim araşdırma nəticəsində arı zəhərinin kollagen maddəsinin aktivləşdirdiyini, kollagenin isə eyni zamanda dərini elastikləşdirdiyini müəyyənləşdirib. 

Alimlər artıq arı zəhərindən hazırlanmış kosmetik vasitələrin botoksu bazardan sıxışdırıb çıxaracağını bildirirlər. San Mi Xan eyni zamanda arı zəhəri terapiyasının dəri hüceyrələrindəki keratinosit maddəsinin miqdarını artırmaq funksiyasının olduğunu iddia edir. 

Alim araşdırma nəticəsində bu maddənin hüceyrələrdə konsentrasiyasının artması zamanı dəridə xüsusi ətraf mühitin təsirlərinə qarşı qoruyucu təbəqənin yaranmasına səbəb oldğunu aşkar edib.

Xəbər lenti
0