Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Belarusda prezident seçkiləri keçirilir

© Sputnik / Егор Еремов / Fotobanka keçməkВыборы в Беларуси
Выборы в Беларуси - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sputnik-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edəcək.

BAKI, 11 okt — Sputnik. Belarusda prezident seçkilərində səsvermə başlayıb.

Sputnik-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edəcək.

Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, “Qovori pravdu” (“Həqiqəti danış”) kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.

Qeyd edək ki, A. Lukaşenko 21 ildir, hakimiyyətdədir.

Xəbər lenti
0