Bakı, 10 okt — Sputnik. Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib.
Sputnik, Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.
Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.
Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.