BAKI, 10 okt — Sputnik. Bakıda daha bir marşrut xətti istifadəyə verilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sputnik-ə verilən məlumata görə, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, Bakıda daha bir marşrut xətti istifadəyə verilir.
10 oktyabr 2015-ci il tarixindən paytaxtda yeni – 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayıb. 4 saylı marşrut avtobusunun hərəkət istiqaməti "Nərimanov" metro stansiyası — "Gənclik" metro stansiyası — Azadlıq pr. — "28 May" metro stansiyası — Xətai prospektidir.