BAKI, 10 okt — Sputnik. Erkən yatıb, erkən yuxudan oyananlar digərlərindən fərqli olaraq, daha xoşbəxtdir.
Araşdırmalar zamanı bu nəticə ortaya çıxıb. 17-38 yaş arasında 435, 59-79 yaş arasında 300 insanın yuxu vərdişləri və əhvalı dəyərləndirilib.
Nəticədə erkən yatıb, erkən yuxudan oyananların daha xoşbəxt olduğu, gec yatan və oyanmaqda çətinlik çəkənlərin isə 8 saat iş marafonuna güclə tab gətirdiyi ortaya çıxıb.
Yuxudan tez oyananların əhvallarıyla yanaşı, immunitet sistemi də güclü olur.
Mütəxəssislər əsasən, yaşlı insanlara tez oyanmağı məsləhət görür. Yuxudan tez oyananların daha sağlam olduğu araşdırma sayəsində bir daha açıqlanıb.