BAKI, 10 okt — Sputnik. 10 oktyabr 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ərəfəsində 21:30-dan etibarən azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC tərəfindən xüsusi marşrut avtobusları ayrılıb.
Azarkeşlər müəyyən olunmuş ərazilərdən ekspress avtobuslarla rahat şəkildə stadiondan qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcəkdir. Marşrut avtobuslarının hərəkət istiqamətləri haqda aşağıdakı cədvəldə məlumat verilib.
© NİİMcədvəl
cədvəl
© NİİM