SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müsavatçı keçmiş deputatın namizədliyi qeydə alınıb

© AZƏRTACMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
MSK-nın iclasında 79 saylı İmişli Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş sabiq deputat İltizam Əkbərlinin namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

BAKI, 9 okt — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 79 saylı İmişli Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş sabiq deputat İltizam Əkbərlinin namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

APA-nın məlumatına görə, Ə. Əkbərli deyib ki, DSK təqdim etdiyi 534 imzanı etibarlı sayıb, ancaq mülkiyyətində olan torpaq sahəsinin ölçüləri barədə düzgün məlumat vermədiyi üçün namizədliyi qeydə alınmayıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı İ. Əkbərliyə bələdiyyə tərəfindən verilən 0,6 hektar torpaq sahəsinin Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) qeydiyyatdan keçmədiyi üzə çıxıb.

R İbrahimov qeyd edib ki, bu torpaq sahəsi DƏDRX-da reyestrdən keçmədiyi üçün DSK-nın qərarı ləğv edilməli, İ. Əkbərlinin namizədliyi qeydiyyata alınmalıdır.

MSK məsələni səsverməyə çıxarıb, şikayət təmin edilərək DSK-nın qərarı ləğv edilib, İ. Əkbərlinin namizədliyi qeydə alınıb.

Xəbər lenti
0