BAKI, 9 okt – Sputnik. Almaniya kansleri Angela Merkel yerli telekanallardan birinə müsahibəsində Türkiyəni tərifləyib.
Avropa ilə Türkiyənin bir-birinə ehtiyacı var deyən Merkel, rəsmi Ankaranın Suriyalı qaçqınlarla bağlı siyasətinə heyran olduğunu gizlətməyib.
Türkiyənin 2 milyondan çox qaçqını qəbul etdiyini xatırladan kansler, Avropanın bu mövzuda Türk tərəfi ilə ünsiyyətdə olmasının vacibliyini vurğulayıb.
“Türkiyədə yaşayan mühacirlərin vəziyyəti çox yaxşıdır. Bunun daha da yaxşılaşdırılması üçün türk rəsmilərlə görüşməyə davam edəcəyik”, deyə Angela Merkel əlavə edib.