BAKI, 9 okt — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu barədə Spuntik-ə səfirlikdən məlumat verilib.
Məhəmməd Rza Nəcəfi İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yeni rəhbəri təyin olunub.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahinin diplomatik missiyasının başa çatması ilə əlaqədar olaraq növbəti həftə Bakını tərk edəcək.
Məhəmməd Rza Nəcəfi isə növbəti həftədən mətbuat xidmətinin yeni rəhbəri kimi fəaliyyətə başlayacaq.
Bu məqsədlə növbəti həftə təqdimetmə mərasimi keçriləcək.