SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK namizədlərə xəbərdarlıq edib

© AZƏRTACMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki qanunvericiliyini pozan şəxslərin deputatlığa namizədliyi ləğv oluna bilər.

BAKI, 9 okt — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərə xəbərdarlıq edib.

Seçkiöncəsi təşviqat kampaniyası haqqında Sputnik-ə açıqlama verən MSK ictimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Şahin Əsədli deyib ki, bu gündən etibarən 5-ci çağırış Milli Məclisə seçkilərlə bağlı seçki marafonun ən mühüm mərhələsi  olan təşviqat kampaniyası dövrü başlayır. “Təşviqat kampaniyasını aparmaq üçün MSK və aidiyyatı orqanlar tərəfindən namizədlərə bərabər imkanlar yaradılması məqsədi ilə 256 yer ayrılıb ki, bunun da 128 qapalı, 128 açıq yerlədir. Namizədlər  həmin yerlərdən heç bir ödəniş etmədən pulsuz istifadə edə bilərlər. Sadəcə digər namizədlərin görüşü ilə üst-üstə düşməsin deyə görüş keçirməzdən öncə Dairə Seçki Komissiyasını məlumatlandırmaq kifayətdir.

Bundan əlavə olaraq seçkiöncəsi təşviqat materialları ilə seçiciləri məlumatlandırmaq və tanış etmək məqsədi ilə respublikadakı bütün seçki məntəqələri ərazisində 6 min civarında təşviqat lövhəsi yerləşdirilib. Namizədlər bundan da rahat yararlana bilərlər”, deyə Əsədli bildirib.

MSK təmsilçisi qeyd edib ki, təşviqat kampaniyası dövründə namizədlər üçün bir sıra qaydalar mövcuddur və bu qaydalara ciddi riayət olunmalıdır: “Belə ki, namizədlər seçki qanunvericiliyinin tələblərini nəzərə alaraq seçkiöncəsi təşviqat kampaniyası zamanı hakimiyyətin zorla ələ keçirilməsi, konstitutsion quruluşun zorla dəyişdirilməsi, vətəndaşların şərəf və ləyaqətinin alçaldılmasına yol verən mülahizə və çıxışlar etməməli, eyni zamanda KİV-də təşviqat zamanı sosial, irqi, milli dini təfriqə oyadan çıxışlara yol verməməlidirlər. Bundan əlavə olaraq seçkiöncəsi təşviqat subyektləri tərəfindən təşviqat qaydalarının pozması və ona əməl edilməməsi konkret olaraq hüquqi məsuliyyət yaradır. Bu hallara yol verənlər hüquqi məsuliyyət daşıyır. Bu qanun pozuntularına yol verənlərin aqibəti hətta həmin şəxslərin namizədliklərinin qeydiyatının ləğvi ilə nəticələnə bilər. Odur ki, bu qaydalara dönmədən əməl olunmalıdır”.

Əsədli onu da əlavə edib ki, namizədlər üçün ayrılan təşviqat lövhələrindən başqa qanunla nəzərdə tutulmayan, tarixi və inzibati binaların divarlarına reklam və təbliğat materillarının vurulması da qanunla qadağandır: “Belə hərəkətlərə yol verənlər də qanunla hüquqi məsuliyyət daşıyır”.

Namizədlərin KİV-lərdə təbliğat qaydalarına toxunan MSK təmsilçisi bildirib ki, bu zaman da qaydalara ciddi riayət olunmalıdır: “Seçki qanunvericiliyi namizədlərə müxtəlif KİV orqanlarında ödənişsiz təbliğatla yanaşı ödənişli təbliğat aparmaq hüququ verilir. Ancaq bu ödənişli təbliğat ancaq MSK-ya əvvəlcədən  müraciət edib təbliğat aparmaq istəyən KİV orqanlarında aparıla bilər. İndiyədək MSK-ya təbliğat aparmaq üçün 45 KİV müraciət edib. Həmin KİV-lər heç bir namizədə ayrıseçkilik etmədən bərabər şərtlər  və hüquqlar əsasında təbliğata yer ayırmalıdırlar. Biz bu məsələni də diqqətdə saxlayacağıq.”

Qeyd edək ki, noyabrın 1-də 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçiriləcək.MSK namizədlərə xəbərdarlıq edib

Qeyd edək ki, noyabrın 1-də 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçiriləcək.

Xəbər lenti
0