BAKI, 9 okt — Sputnik. Havaların kəskin dəyişməsi və güclü küləyin əsməsi paytaxt Bakıda ciddi fəsadlara yol açıb.
Daxili İşlər Nazirliyindən Sputnik-ə daxil olan məlumatda bildirilir ki, əsən güçlü külək küçələrdə dayanan avtomobillərə ciddi ziyan vurub. Belə ki, nəticədə ağaclar və ağac budaqları avtomobillərin üzərində düşərək onları əzib. Külək nəticəsində qırılan ağaclar Səbail rayonunun Ü.Hacıbəyov küçəsində Fuad Rzayevə məxsus “Subaru”, Xəqani küçəsində Mehman Hüseynzadəyə məxsus “Hyundai”, Xətai rayonunun Y.Səfərov küçəsində Ramin Ərəbxanovun idarə etdiyi “Toyota” markalı avtomobillərin üzərinə düşərək onları zədələyib.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumtda isə deyilir ki, ağaclar təkcə maşınların üzərində düşməyib, eyni zamanda yaşayış binalarına və digər obyektlərə də ziyan vurub.