SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: İŞİD-ə qarşı müharibə Azərbaycanın da xeyirinədir

© Sputnik.azКамиль Салимов
Камиль Салимов - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Kamil Səlimov, İŞİD-lə bacarmağın çox çətin olduğunu, ancaq mümkünsüz olmadığını qeyd edib.

BAKI, 9 okt – Sputnik. Bugün "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində “Suriyada müharibə və Azərbaycanın təhlükəsizliyinə risqlər” mövzusunda mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən politoloq Tofiq Abbasov və professor, BDU-da kafedra müdiri vəzifəsində çalışan Kamil Səlimov, Suriyada davam edən vətəndaş müharibəsinin, o cümlədən İŞİD-ə qarşı hərbi əməliyyatların Cənubi Qafqaza, o cümlədən Azərbaycana mümkün təsirindən danışıblar.

Hər iki politoloq, İŞİD-lə aparılan mübarizənin dünyaya olduğu kimi, Azərbayacana da sərf etdiyini deyiblər. 

Politoloq Tofiq Abbasov, ABŞ rəhbərliyindəki koalisiyanın İŞİD-lə mübarizədə effektsiz qaldığını, bunun üçün Rusiyanın terror təşkilatına qarşı hava əməliyyatlarına başladığını bildirib.

Professor Kamil Səlimov, İŞİD-lə bacarmağın çox çətin olduğunu, ancaq mümkünsüz olmadığını qeyd edib.

“Bu terror təşkilatının 120 minə yaxın döyüşçüsü var. Və bu say hər gün artmaqdadır. Onlar xaricdən çoxlu sayda silah-sursat almaqda davam edirlər”, deyə Səlimov əlavə edib.

Xəbər lenti
0