CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Beynəlxalq Avtovağzalı çökür

© http://www.interaztv.comBakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Proses davam edərsə istinad divarları uçacaq.

BAKI, 9 okt — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində sürüşmə təhlükəli vəziyyət alıb.

Belə ki, avtovağzal kompleksinin ərazisində sürüşmə nəticəsində yaranan çatlar genişlənir və çatların dərinliyi artır, istinad divarlarında əyilmə prosesi davam edir.

Hadisə yerində olan Sputnikin əməkdaşına bildirlidi ki, iki gün ərzində ərazidəki çatlarin uzunluğu, eni və dərinliyi artıb. İki gün öncə "Azəryolservis"in ərazidə asfalt döşəməsinə baxmayaraq, yenə də nəticəsi yoxdur. Asfalt da çatlamağa başlayıb.”

Adının çəkilməsini istəməyən Avtovağzal Kompleksinin əməkdaşı onu da əlavə etdi ki, sürşümə fakti yeni deyil: “Artıq neçə ildir ki, burada sürüşmə və çökmə prosesi gedir. Bununla bağlı aidiyyatı orqanlar məlumatlandırılıb. Aidiyyatı dövlət qurumlarının mütəxəssisləri hadisə yerində olub vəziyyətlə tanış olsalar da, yaranmış problemin vaxtında qarşısı alınmadığına görə bu gün vəziyyət bu həddə çatıb.”

O bildirdi ki, əgər  təcili və təxirəsalınmaz tədbirlər görülməzsə, yaranmış vəziyyət daha ciddi fəsadlara yol açacaq. 

“Hətta divarların uçma ehtimalı var. Artıq son iki-üç gündə istinad divarları 30-40 santimetr əyilib. Proses davam edərsə istinad divarları uçacaq. Sürüşmə nəticəsində çatların uzunluğu 70-dək uzanır. Çatlar enlənir və dərinləşir”, deyə o bildirdi.

Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev də Sputnik-ə açıqlamasında bildirdi ki, 

çatların qarşısı alınmazsa ciddi fəsadlara yol aça bilər: “Sürüşmə fakti bir günün işi deyil. Burada çatın bu vəziyyətə gəlməsi illər ərzində yaranan problemlərin nəticəsidir. İndi isə sürşümə daha da sürətlənib və təhlükəli həddə çatıb. Baxmayaraq ki, əvvəllər problemin qarşısının alınması üçün müəyyən tədbirlər görülüb, amma bunlar yetərli olmayıb. Ərazidə çökmə ola bilər ki, bu da avtovağzal kompleksi üçün əlavə problem yarada bilər.”

Ərazidə sürüşmənin aktivləşməsi nticəsində Bakı-Sumqayıt mağistralında ciddi sıxlıq yaranır. 

Xəbər lenti
0