Rusiya-Türkiyə arasındakı “qırmızı xətt”

© Russian Defense Ministry / Mediabanka keçidCaspian Flotilla ships fire missiles to attack ISIL positions in Syria
Caspian Flotilla ships fire missiles to attack ISIL positions in Syria - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Elxan Şahinoğlu hesab edir ki, iki dövlət arasında münasibətlərin gərginləşməsi tərəflərin strateji maraqlarına cavab vermir

Rusiya-Türkiyə arasındakı “qırmızı xətt”
Rusiyanın Suriya münaqişəsinə hərbi müdaxiləsi Türkiyə-Rusiya münasibətlərinin gələcəyini bütün ciddiliyi ilə sınağa çəkib. Çünki Moskvanın bu konfliktdə güddüyü hədəflər Türkiyənin  əsas hədəfləri ilə xeyli dərəcədə üst-üstə düşmür — rəsmi Kreml əməliyyatların məqsədinin sırf İŞİD-i məhv eləmək olduğunu dönə-dönə bəyan eləsə də. Bununla belə, müşahidələr iki ölkə münasibətlərinin sürətlə “qırmızı xətt”ə yaxınlaşmaqda olduğunu göstərir. Son olaraq bunu prezident Rəcəb Tayyib Ərdoğan  Rus qırıcılarının Türkiyə hava məkanını pozmasına işarə vuraraq  bildirib ki, Rusiya Türkiyəni itirə bilər və bunun da ziyanını ən çox Rusiya çəkər.

Trend-in “Milliyət”-ə istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib və verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib- deyə bəyan edib. O, həmçinin bildirib ki, bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyinə hörmət göstərilməsini gözləyir.  Bizim hava məkanımızı kimsə poza bilməz, Davudoğlu qey edib. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu son günlər gərginləşən Rusiya- Türkiyə münasibətləri ilə bağlı suallarımızı cavablandırıb.

- Elxan müəllim, sizcə Rusiya Türkiyənin həm də NATO-nun hava sərhədini təsadüfən pozur, ya məqsədli şəkildə?

— Müdaxilə zamanı hansısa dövlətin sərhəd pozuntuları baş verə bilən hadisədir. Məsələ burasındadır ki, artıq Rusiyanın iki dəfə Türkiyə sərhədini pozması təsadüfə oxşamır. Çünki, bir dəfə pozulsaydı demək olardı ki hava şəraiti ilə bağlıdır amma iki dəfə pozuntu olub və bir müddət hava sahəsində qalıblar. Bu sanki həm Ərəb dünyası, həm Türkiyə, həm də NATO  və Amerikaya bir mesajdır. Rusiya bununla yəqin demək istəyir ki, artıq onun da Suriyada hərbi varlığı mövcuddur və o da bir oyunçudur. Əgər Türkiyə, Fransa, Amerika Suriyadakı terrorçu məntəqələrini bombalaya bilirlərsə, Rusiyanın da belə bir hüququ var. Bu pozuntunu da əslində mən bu siyasətin elementi kimi də qiymətləndirirəm. Amma, mənə elə gəlir ki, Rusiya bu siyasəti davam etdirməkdən çəkinməlidir. Əks halda Türkiyə ilə münasibətlər tamamən pouzla bilər. Türkiyə ilə Rusiya dost dövlətlər sayılırlar, böyük ticarət dövriyyəsi var 100 milyard dollara çatmaqdadır. Hətta Ərdoğan bu yaxınlarda Moskvaya səfər etmişdir, Putinlə çox səmimi  görüş keçirmişdir. Rusiya Türkiyədə böyük bir nüvə elektirik mərkəzi tikməlidir. Ərdoğan isə dedi ki, əgər münasibətlər gərginləşərsə biz Rusiyanın xidmətlərindən imtina edə bilərik və Rusiyanın itkiləri daha çox ola bilər. Əlbəttə Rusiya Türkiyəyə qaz satır amma Türkiyə bu qazdan imtina eləsə, Rusiyanın iqtisadi itkiləri daha çox olacaq. Türkiyə qazı hansısa başqa ölkədən tapa bilər Rusiya isə artıq bazar tapa bilməyəcək. Bu pozuntulardan sonra Rusiya Türkiyə ilə münasibətləri gərginləşdirməkdən qaçmalıdır, çünki bu Rusiyanın özünün artıq milli və təhlükəsizlik maraqlarına cavab verməyəcək.

- Son hadisələr Qərbin Türkiyəni Rusiya ilə üz-üzə qoymaq cəhdlərinin olduğunu göstərir, sizcə Rusiya-Türkiyə münasibətləri Suriya münaqişəsi fonunda necə inkiçaf edəcək?

— Suriya münaqişəsi Rusiya-Türkiyə münasibətlərində bir fikir ayrılığı yaratdı. Türkiyə hakimiyyəti Suriyada Əsədin getməsini istəyir. Rusiya isə əksinə Əsədi real hakimiyyət sayır və ona dəstək verir. Hərbi dəstək vermək də o deməkdir ki, Əsədin daha da güclənməsini istəyir. Bu artıq Rusiya-Türkiyə münasibətlərində çat yaradıb. Əlbəttə Qərbdə müəyyən dairələr ola bilər ki, bu münasibətlərin daha da gərginləşməsini arzulasınlar. Amma, Türkiyə və Rusiya hər halda “qırmızı xətti” keçməməyə də çalışmalıdırlar. İki dövləti bir çox maraqlar birləşdirir. Nuvə-elektirik mərkəzinin tikintisi, ticarət mübadiləsi, Türkiyəyə hər il gələn rus turistlərinin sayı bunların qırılması həm Rusiyaya, həm də Türkiyəyə çox mənfi təsir edə bilər. 

- Rusiyanın Suriya məsələsində əməkdaşlıq çağırışlarına müsbət cavab verilməyib. Belə olan təqdirdə Rusiyanın uzun müddət Yaxın Şəqrqdə möhkəmlənməsi üçün maddi və siyasi resursları olacaqmı? 

— Əlbəttə Rusiya hakimyyətinin fikirləri var ki, İran, Amerika, Avropa, Türkiyə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etsinlər. Amma,bu əməkdaşlıq məncə alınmayacaq çünki, Qərb, Türkiyə, Ərəb dünyası Rusiyanın Əsədi dəstəkləmə siyasətini qəbul etmir. Ona görə bu təklifin qəbul olunacağı problematikdir. Hər bir dövlət yəqin ki, ayrılıqda öz siyasətini davam etdirəcək. Türkiyə, Amerika, Avropa birgə fəaliyyət göstərir. Mümkündür ki, Rusiya ilə də İranla birgə Suriya siyasətini yürütsün. İki blok yaransa da məsələ burasındadır ki, hədəf eynidir. Hədəf terorçuların zərərsizləşdirilməsidir bunu həm Amerika, Türkiyə istəyir, həm də Rusiya və İran. Amma, bu məsələdə fikir ixtilafı ondan yaranır ki, Amerika, Ərəb dünyası və Avropa Əsədin də hakimiyyətdən getməsini istəyir. Rusiya isə Əsəd hakimiyyətdə qalmaqla terorizmlə mübarizənin gücləndirilməsin istəyir ki, bu da fikir ixtilafıdır və mən yaxın zamanlarda bu ixtilafın aradan qaldırılacağını düşünmürəm.

Xəbər lenti
0