Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hind yazıçısının sərgiyə dəvət edilməsi İranı özündən çıxardı

© liveinternetSalman Rüşdi
Salman Rüşdi - Sputnik Azərbaycan
Abunə olmaq
İran Mədəniyyət nazirliyi: İslami dəyər və inanclarını ələ salan bir şəxsin bu sərgiyə çağırılması İslam aləminə qarşı təhqirdir

BAKI, 9 okt — Sputnik. İranın Mədəniyyət nazirliyi Almaniyada təşkil edilən 67-inci Beynəlxalq Kitab Sərgisinə bu il qatılmayacağını bildirib.

Buna səbəb, sözügedən sərgiyə Hind əsilli İngilis yazıçısı Salman Rüşdinin də məruzəçi kimi dəvət edilməsi göstərilib.

Salman Rüşdi 1989-cu ildə nəşr etdiyi "Şeytan Ayələri" adlı romanına görə ciddi qınağa səbəb olmuşdu.

"Frankfurt şəhərindəki kitab sərgisinə Salman Rüşdi kimi İslam düşməninin dəvət edilməsi qəbuledilməzdir. İslami dəyər və inanclarını ələ salan bir şəxsin bu sərgiyə çağırılması İslam aləminə qarşı təhqirdir"

İran Mədəniyyət Nazirliyi sözügedən sərginin bütün dünyanı və millətləri əhatə edən bir yol tutmalı olduğunu bildirərək, müsəlman ölkələri bu cür provakatif cəhdlərə qarşı mövqe nümayiş etdirməyə çağırıb.

Xəbər lenti
0