SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

© AZƏRTACMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

BAKI, 8 okt — Sputnik. Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Sputnik-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Komissiyanın iclasında deyib.

M.Pənahov qeyd edib ki, bu göstərici 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir.

Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

MSK sədri deyib ki, indiyə qədər Komissiyaya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb.

Xəbər lenti
0