BAKI, 8 okt — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən “Azadlıq” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin müvafiq seçki dairəsi tərəfindən qeydə alınmaması ilə bağlı şikayətinə baxılıb.
Sputnik-in məlumatına görə, 43 saylı DSK M. Mirəlioğlunun təqdim etdiyi imzalardan 114-nü etibarsız sayaraq namizədliyini qeydə almayıb.
MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. MSK M. Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə DSK-nın qərarını qüvvədə saxlayıb.