BAKI, 8 okt-Sputnik. Bir valideyn olaraq, övladınızın sağlam qidalanmasını təmin etmək sizin üzərinizə düşər. Çünki uşaqlıqdan körpənizin yediyi qidalar onun gələcəyinə birbaşa təsir edər.
Sputnik xəbər verir ki, Boston Universitetinin alimləri, uşaqların intellektual səviyyəsinin, davranış psixofiziologiyasının onların qəbul etdiyi qidalarla birbaşa əlaqəsi olduğunu təsdiqləyiblər. Onların rasionunda təbii qidalar üstünlük təşkil edən uşaqlarla sintetik qidalar üstünlük təşkil edən uşaqlar arasında apardıqları tədqiqatın nəticələri ilginc olub. Sən demə, təbii qidalarla bəslənən uşaqların davranışlarında, yaddaşlarında, intellektual yükü qəbul etmələrində problem 9/100 olduğu halda, sintetik qidalar mənimsəyənlərdə 78/100 olub.
Əgər azyaşlı uşağa zərərli qidalar verilərsə, bu, onun intellektual qabiliyyətinə (IQ) mütləq şəkildə təsir edəcək.Düzgün balanslaşdırılmış rasion isə tam əksinə, uşağın əqli inkişafına müsbət təsir edir. "Cazibe" on-linenin məlumatına görə, Adelaida İctimai Səhiyyə Universitetində aparılmış araşdırmanın nəticəsi belədir.
Professor Layza Smiters 6 aylıq, 15 aylığa qədər olan və 2 yaşlı uşaqların IQ-nü müəyyənləşdirib, sonra da həmin uşaqlar 8 yaşa çatanda onların IQ-nü yenidən hesablayıb.
"The First Post" bildirir ki, araşdırmaya 7 min uşaq cəlb olunmuşdu.
Yeməkdəki qida maddələri insan doğulandan sonrakı ilk iki ildə beyin toxumalarının inkişafında çox vacibdir. Araşdırmalar göstərib ki, 6 ayılığına qədər ana südü ilə qidalanan, sonra isə meyvə, tərəvəz, paxlalı bitkilərdən bol yeyən uşaqlar 8 yaşa çatanda onların İQ-sü yaşıdları ilə müqayisədə 2 bənd yuxarı olub.
Peçenye, şokolad, qazlı sular, çipslər uşaqların intellektual qabiliyyətlərini yaşıdları ilə müqayisədə ən azı 2 bənd aşağı salır.