BAKI, 8 okt-Sputnik. Elə məsələlər var ki, siz bunları bilməklə nəinki uğurlu adam ola, hətta dünyanı idarə edəcək birinə çevrilə bilərsiz.
Sputnik bunun üçün lazım olan məsləhətləri "Cazibe" on-line nəşrinə istinadən təqdim edir.
Auditoriya. İlk əvvəl kiminlə ünsiyyətdə olacağınızı öyrənin. Əməkdaşlarınızın məqsədlərini və fikirlərini aydınlaşdırın. Əməkdaşlarınıza istədiklərini versəniz onların əvəzolunmaz və inamlı əməkdaşı olacaqsınız.
Biliklər. Siz mütləq nədən danışağınız barədə güclü biliklərə sahib olmalısınız. Tərəfdaşlarınız başa düşəcəklər ki, sizlə yaxşı olar ki, mübahisə etməsinlər. Biliklər sahəsində avtoritetiniz möhkəmlənəcək və əməkdaşlar arasında seçiləcəksiniz. Bir qayda olaraq belə əməkdaşlar nəinki nüfuzlu, həmçinin böyük vəzifələrdə otururlar.
Ortaq maraqlar. Əgər kiminləsə dostlaşmaq istəyirsinizsə onunla ortaq maraqlarınızı tapın. Bu həmişə ortaq dil tapmağa kömək edir.
Strukturlaşmaq. Sifarişçi və rəhbərlik sizi yaxşı anlasın deyə faktlarla danışmaq, səbəbini aydın izah etmək lazımdır. Həmişə dəqiq və dürüst adamla işləmək insana xoş olur.
Mənfi cəhətlər. Nüfuzlu kişi olmaq üçün öz təkliflərinizin mənfi cəhətlərindən də danışın. Bu, olduqca cəsarətli bir addımdır. Qalib gəlmək üçün risk etdiyinizə qarşınızdakını inandırmalısınız.
Yardım. Nüfuzlu olmaqla yanaşı diqqət mərkəzində olmaq istəyirsinizsə fikirləriniz cəmiyyətin təlabatına uyğun olmalıdır. İnsanların həyatını sadələşdirmək yollarını onlara izah edin və bu prosesdə rolunuzu qeyd edin. İnanın ki, sizin işiniz yüksək qiymətləndiriləcək.
Eqo. Ətraf insanların istək və eqolarını öyrənin və bütün layihələrinizi onların eqosuna uyğunlaşdırın. Bu sizin nüfuzunuzu birə beş artıracaq.
Ekspertlər. Professionallara onların istifadə və istinad etdikləri güclü mütəxəssislərin soyadlarına görə inanırlar. Güclü mütəxəssis və ya ekspert olmaq istəyirsinizsə, çoxlu kitab oxumalısınız.
Təvazökarlığa yox. Öz ideyalarınız və onların sayəsində qazandığınız uğurlar haqqında danışmaqdan utanmayın. Əsas odur, belə söhbətlərdə sərhəd biləsiniz ki, hərəkətiniz yekəbaşlıq kimi görünməsin.
Provokasiyalar. Şər tökən insanlardan uzaq olmağa çalışın. Əks halda gec və ya tez onlar sizi də şərləyə bilərlər. Bu halda bütün nüfuzunuz və hörmətiniz ayaqlar altına düşəcək.
Unikallıq. İqtisadiyyatın əsas prinsipi: ideya nə qədər unikaldırsa, onun dəyəri bir o qədər də yüksəkdir. Rəhbərlik mütləq nou-xau ideyalara diqqət yetirəcəkdir.
Əminlik. İdeyalarınıza inanın. Yalnız bu halda doğru olduğunuzu ispat edə bilərsiniz. Əks halda uğur yan keçəcək.
Oratorluq bacarığı. Yaxşı oratora qulaq asmaqdan maraqlı heç nə ola bilməz. Bu insanlar hətta boş söhbəti elə təqdim edirlər ki, hamı onlara diqqətlə qulaq asır. Orator olmaq istəyən təmiz və inamlı danışmalıdır, audio və video materiallardan istifadə etməlidir, maraqlı faktlarla insanları cəlb etməlidir, aktual misalları gətirməlidir. Orator insanlar Antarktidada qar da satarlar.
Məntiqlilik. Öz danışığınızda məntiqliliyi gözləyin. Bir fikirdən o biri fikrə dərhal yox, məntiqi əsaslarla keçin. Bu xüsusiyyət sizə nüfuzlu insan olmaq yolunda kömək olacaq.
Siyasətçilik. Öz üstünlüyünüzü nümayiş etdirməyin, mübahisələrə qoşulmayın, ətrafla eyni ahəngdə olun. İnsanlar sizinlə özlərini sərbəst və rahat hiss etməlidirlər.
Yekəbaşlığa yox. Təvazökarlıq biznesdə uğur gətirməsə də, hər yerdə öz uğurlarınızdan da danışmağa ehtiyac yoxdur. Sadə olsaz, insanlar daim siz tərəfdə olacaqlar.