BAKI, 8 okt-Sputnik. Azərbaycandan sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı"nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub.
Sputnik APA-ya istinadən xəbər verir ki, Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub.
Bud sümüyünün sınığı ilə "Erebuni" xəstəxanasına yerləşdirilən qadın hazırda palatadadır.
Müayinədən sonra əməliyyata ehtiyac olub-olmaması məlum olacaq.
Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.