Azərbaycanda havanın temperaturunda ciddi enmə gözlənilir

Hava
Hava - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 11-dək davam edəcək.

BAKI, 8 okt-Sputnik. Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 11-dək davam edəcək.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, güclü şimal-qərb küləyinin gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 9-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

Xəbər lenti
0