BAKI, 8 okt-Sputnik. Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün maksimum səy göstərmək lazımdır.
Sputnik xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, hazırda belə təhlükə yoxdur, çünki ölkələrin danışıqlar üçün bütün imkanları var: "Əgər beynəlxalq hüququn prinsipləri pozulmağa davam edərsə, gələcəkdə nəyin baş verəcəyini əvvəlcədən demək çətindir".
Ə.Davudoğlu qeyd edib ki, Türkiyə hər hansı münaqişə tərəfi deyil və buna da çalışmır.