SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

© AZƏRTAC gsr.fmMSK sәdri Mәzahir Pәnahov
MSK sәdri Mәzahir Pәnahov - Sputnik Azərbaycan
Abunə olmaq
Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.

BAKI, 7 okt — Sputnik. Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Sputnik xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Xəbər lenti
0