CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn ildən ehtiyac meyarı 105 manat təşkil edəcək

© pixabay / 3dman_euBankomat
Bankomat - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Azərbaycanda 112 min ailə ünvanlı sosial yardım alır. Sputnik xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov parlamentdə Dövlət Sosial Müdafiə fondunun 2016-cı il büdəcinin layihəsinin müzakirəsi zamanı deyib.

BAKI, 7 okt — Sputnik. Hazırda Azərbaycanda 112 min ailə ünvanlı sosial yardım alır. Sputnik xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov parlamentdə Dövlət Sosial Müdafiə fondunun 2016-cı il büdəcinin layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son illərdə ölkədə aparılan islahatlar və inkişaf tendensiyası nəticəsində ünvanlı sosail yardəm alanların sayı azalmaqdadır. “Bir neçə il bundan əvvəl hər ay 15 min civarında ailə ünvanlı sosial yardım almaq üçün müraciət edirdi və bu da ildə 150-180 min ailə edirdi. Amma son illərdə bu say azalıb və hazırda bu rəqəm 112 min təşkil edir”, — deyə nazir müavini bildirib.

Nazir müavini əlavə edib ki, növbəti ildən ehtiyac meyarı 105 manat təşkil edəcək və buna əsasən də vətəndaşlara ünvanlı sosial yardım təyin ediləcək: “Gələcəkdə isə Azərbaycanda ehtiyac meyarının yaşayış minimumi ilə  bərabərləşdirlməsi istiqamətində iş aparılır. Biz istəyirik ki, gələcəkdə ünvanlı sosial yardım yaşayış minimumu ilə eyni səviyyədə olsun”.

Nazir müavini bildirdi ki, növbəti ildən etibarən ünvanlı sosial yardım yeni qaydalara uyğun olaraq elektron müraciət əsassında veriləcək və hazırda bu proqram hazırlanır. “Üç hissədən ibarət olan proqram üzərində iş yekunlaşmaq üzrədir və bu proses ilin sonunadək tam başa çatacaq. Yeni ildən isə vətəndaşlar ünvanlı sosial yardım almaq üçün məmur əngəli olmadan birbaşa nazirliyə müraciət edə biləcəklər.”


Xəbər lenti
0