CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhmdar Cəmiyyətlərə dövlətin dotasiya verməsinə yenidən baxılacaq

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında 2016-cı il dövlət büdcəsinin müzakirəsi zamanı qaldırılan sualları cavablandırarkən deyib.

BAKI, 7 okt — Sputnik. Səhmdar Cəmiyyətlərə dövlət  tərəfindən dotasiya verilməsinə və onların özəlləşməsi məsələsinə baxılacaq. Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında 2016-cı il dövlət büdcəsinin müzakirəsi zamanı qaldırılan sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, dotasiya məsələsinə yenidən baxıla bilər. “Çünki elə Səhmdar Cəmiyyətlər var ki, onlara dotasiya ayrılsa da, fəaliyyətlərində ciddi dönüş yoxdur və bu məsələlər araşdırılmaqdadır. Ona görə də bununla bağlı burada qaldırılan məsələlərə baxmaq olar və istisna deyil. Amma onu da nəzərə almaq lazımdır ki, elə sahəni əhatə edən Səhmdar Cəmiyyətləri var ki, onlara maliyyə sərbəstliyi vermək olmaz. Məsələn enerji, su satışı ilə məşğul olan qurumlarda qiymət Tarif Şurası tərəfindən tənzimlənir. Çünki hökumət əhalinin sosial vəziyyətini nəzərə alaraq müəyyən sahələrdə nəzarəti həyata keçirdiyi üçün onlara dotasiya ayırmalıdır. Amma elə sahələr var ki, o sahələrdə dotasiya ayrılması məsləsinə baxmaq olar və bu məsələ müzakirə olunur.”

Xəbər lenti
0