BAKI, 7 okt — Sputnik. Növbəti ildən etibarən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq.
Bunu Maliyyə naziri Samir Şərifov bu gün parlamentdə 2016-cı ilin büdcəsinin müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, artıq hökumtə bu istiqamətdə ciddi işlər aparılır və növbəti ildən tədricən bu sistemi tətbiq edilməyə başlanılacaq.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı məlumat verən nazir bildirdi ki, icbari sığorta zamanı dövlət xəstənin müəyyən qisim xərclərini öz üzərinə götürəcək: “Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər.”
Nazir onu da əlavə etdi ki, bu gün ölkədə mürəkkəb cərrahi əməliyyatlar da həyata keçirilir ki, bu cərrahi əməliyyatları etdirmək hər adamın imkanı daxilində deyil. “Ona görə də bu əməliyyatların həyata keçirilməsi üçün dövlət tərəfindən müəyyən vəsait ödənilir. Bu əməliyyatların həyata keçrilməsi məqsədi ilə tibbi sığortaalr həyata keçiriləcək. Vəsaitin müəyyən qismi sığorta ilə, digər qismi isə xəstə tərəfindən ödəniləcək.”