BAKI, 7 okt – Sputnik. Danimarkanın paytaxtı Kopenhagendə minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib.
Paytaxta toplanan 25 min nümayişçi qaçqınlara lazımi şəraitin yaradılmasını tələb ediblər.
Aksiya iştirakçıları "Ölkəmizə xoş gəldiniz qaçqınlar " şüarları səsləndiriblər.
“Danimarka irqçiliyin olmadığı ölkədir" plakatları daşıyan nümayişçilər, ölkənin daha çox qaçqın qəbul edə biləcəyini bildiriblər.
Nümayişlər səbəbilə paytaxtdakı bəzi yollar nəqliyata bağlanılıb.