BAKI, 7 okt – Sputnik. Dünya iqtisadiyyatının 45 faizini özündə cəmləşdirən, Sakit okean sahillərində yerləşən ölkələr, ticari əməkdaşlıqla bağlı razılığa gəliblər.
TPP ölkələri, beləliklə, güclərini daha da artırmağı planlaşdırır.
Amerika Birləşmiş Ştatlarının da tərkibində yer aldığı Sakit Okean ölkələrinin 12-si birlikdə Trans-Sakit Okean Əməkdaşlığı (TPP) Ortaq Ticarət Sazişi bağlayıblar.
Atlanta şəhərində imzalanan müqavilənin detalları üzv ölkələrin iqtisadiyyat nazirlərinin iştirakından sonra mətbuata açıqlanıb.
TPP-yə üzv ölkələr aşağıdakılardır:
ABŞ, Kanada, Yaponiya, Avstraliya, Bruney, Malayziya, Yeni Zelandiya, Vyetnam, Meksika, Sinqapur, Peru, Çili.