Bir neçə gün öncə Bakıda “Azərbaycanda Rusiya filmləri həftəsi” oldu. Tədbir, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilib. Açılış mərasimi Azərbaycanın ən böyük kino səhnəsi — “Nizami” kino mərkəzində baş tutub. Mərasimdə Rusiyanın tanınmış simaları — “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin, Rusiyanın xalq artisti Boris Şerbakov, aktyorlar – Valeriya Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, Denis Şvedov, prodüserlər Yekaterina Filippova, Dmitri Savinski və başqaları iştirak edirdi.
Qonaqlar həmçinin Bakının gəzməli və görməli yerlərində də olublar. Harada və necə istirahət etdiklərini isə fotoreportajdan görəcəksiniz.