BAKI, 7 okt — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Belçika səfəri maraqlı insidentlə yadda qalıb.
Məlumata görə, Ərdoğanın mühafizəçiləri ilə belçikalı mühafizəçilər arasında əlbəyaxa dava olub.
Hadisə Ərdoğanın çıxış üçün getdiyi Egmont Universitetində baş verib.
Belçika polisi Türkiyə prezidentini qorumağın onların vəzifəsi olduğunu bildirib, ancaq bu, türk mühafizəçilərin xoşuna gəlməyib.
Ərdoğanın çıxış edəcəyi məkanda axtarış aparmaq istəyən türkiyəli mühafizəçilərlə belçikalı həmkarları arasında qarşıdurma yaşanıb. Ərdoğanın mühafizəçisi Belçikanın VİP mühafizəçisinə yumruq vurub. Daha sonra araya girən digər mühafizəçilərin köməyi ilə vəziyyət sakitləşib.