Qloballaşmanın Rusiya modeli

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidView of the Ivan the Great Belfry and the Moscow Kremlin's palaces and churches from the roof of the Lenin Russian State Library, Moscow
View of the Ivan the Great Belfry and the Moscow Kremlin's palaces and churches from the roof of the Lenin Russian State Library, Moscow - Sputnik Azərbaycan
Abunə olmaq
Qloballaşma - obyektiv prosesdir. Lakin onun xarakter və nəticələri müəyyən deyil

Qloballaşmanın Rusiya modeli
Oktyabrın sonunda Moskvada Rusiyanın iki aparıcı universitetləri — Moskva Dövlət Universiteti və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun əsasında “Qlobalist həftəsi” keçiriləcək. Onun çərçivəsində BMT-in 70 illiyinə həsr olunan “Qlobal idarəetmə və Diplomatiya” mövzusunda IV Beynəlxalq elmi Konqres, BRİKS-in qlobal universitet sammiti və digər tədbirlər keçiriləcək.

"Globalist Həftəsi" çərçivəsində eləcə də “Rossiya Sevodnya” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində “Aleksandr Zinovyev və müasir ideologiya” mövzussunda VI Beynəlxalq “Zinovyev mütaliəsi” elmi konfransı keçiriləcək.

Qeyd edək ki, “Qlobalist həftəsi”nin  məzmun təyinatları yoxdur, ona görə də sədalanan tədbirlər ərzində müxtəlif mövqelər toqquşa bilər. Moskva Dövlət Universitetinin qlobal proseslər fakültəsinin dekanı İlya İlyiçin fikrincə, üç ideologiya istiqamətlərinin – qlobalistlər, anti-qlobalistlər və alterqlobalistlərin müzakirələrini gözləmək lazımdır.

Qloballaşmanın Amerika modeli

Qloballaşma XXI əsrin vizit kartıdır. Siyasətçi və humanitar elm nümayəndələrinin əksəriyyətinin diqqəti bu prosesə yönəlib. İndi konkret şəxslərin həyat fəaliyyətindən noosfer proseslərədək hər şey qloballaşma ilə birgə transformasiya, universallaşma, standartlaşma, kosmopolitizasiyə və digər proseslərə məruz qalır.

Qloballaşma o qədər ümumiləşib ki, hər yerdə və bütün səviyyələrdə daha çox siyasətçi, təqdiqatçı və xüsusilə də obyektiv reallıq tərəfdarları tərəfindən bəşəriyyətin inkişafında təbii bir mərhələ kimi qəbul olunur.

Planetar mövcudluğun qlobal maliyyə sistemi, karbohidrogen və qiymətli metal bazarları, şou-biznes kimi sahələri artıq qloballaşıb. Bu mənada bir çox insanlarda hiss və ya əminlik yaranır ki, qloballaşmanın alternativi yoxdur, bəşəriyyət buna məhkumdur.

Həqiqətən də, qloballaşmanın alternativi yoxdur, çünki cəmiyyətin inkişafında olduğu kimi, insanda biolojı növ kimi dominant xüsusiyyətlərin möhkəmlənməsi təkamül qanunudur. Lakin onun məzmun və xarakteri müəyyən olunmayıb. Bu gün də hansı qloballaşma modelinin həlledici olacağı məsələsi müzakirə olunur.

Güman edilir ki, bu gün dünyada bəşəriyyətin Pentaqon, Dövlət Departamenti, Hollywood, eləcə də Ford, Apple, Microsoft və digər şirkətlər tərəfindən hazırlanmış standart və texnologiyalarına tənzimlənməsini nəzərdə tutan Amerika modeli üstünlük təşkil edir.

Eyni zamanda ABŞ-ın özündə həyat miqrasiya axınlarının artması və başqa səbəblərdən eroziyaya məruz qalır. Müasir Avropada isə islamlaşma prosesi amerikanlaşmadan daha sürətlə artır.

Qeyd edək ki, ABŞ-da, Afrika, Asiya və Avropa ölkələrini deməsək belə, Çinləşmə, ümumiyyətlə iqtisadiyyat və mədəniyyətin Asiyalaşması prosesi gedir. Hər halda, hər hansı bir Avropa paytaxtı, Nyu-York və ya Moskvada Çin və Yapon mətbəxi Amerika fast-fudundan dəfələrlə çoxdur. Avropada Asiya ölkələrinin orijinal mədəniyyətinə maraq Amerikaya olan maraqla müqayisədə hər il artır.

Bir sözlə, Amerika qloballaşma modeli — aksiom deyil. Bu yalnız daha da az cəlbedici olan bir versiyadır.

Anti-qlobalizm

Qloballaşma əleyhidarları yalnız ənənəvi dövlətlərin qorunmasında maraqlı deyil. Belə ki, dünyada üçüncü ən böyük iqtisadiyyatına sahib olan Yaponiyanın müxtəlif səbəblərdən qlobal layihəsi yoxdur və dünyada nə qədər yapon mətbəxi restoranı açılsa da, yaxın gələcəkdə olmayacaq. Bu gün qlobal layihə heç Avropa İttifaqında da yoxdur.

Hesab edirəm ki, qloballaşma modelləri qondarma subyektivliklərlə bağlıdır. Bu gün onlar güclü dövlətlər deyil, aparıcı sivilizasiyalar — ilk növbədə qərb, avrasiya, hindu və konfutsi sivilizasiyalarıdır. Bu səbəbdən, bu gün üç əsas qloballaşma modellərindən danışmaq olar.

İlk modeli Amerikan, anqlosakson və va Atlantik adlandırmaq olar, post-müstəmləkə tiplidir – dünyanın Vaşınqtondan idarə olunmasını nəzərdə tutur. Amma sual ondadır ki, hansı haqla?

Hansı haqla ABŞ hamıdan öz qanunlarına tabe olunmağı tələb edir, o anda ki, dünyada sivilizasiya, mədəni-mənəvi fəqrliliklər var? Və niyə Amerika elitası düşünür ki, hamı təkqütblü dünyanı çoxqütblü dünyadan üstün tutacaq?

“E pluribus unum” –“Fərqlilikdən – tək” formullu Amerika qlobalaşma modeli bir çox insanları qane etmir. Buradan da – ABŞ-ın bütün dünyaya öz siyasi hakimiyyətini və idealdan kənar modelini tətbiq etmək məqsədindən üçüncü dünya müharibəsi qaynaqlanır.

Atlantistlərin dünyanı öz əllərinə almaq cəhdlərinə ilk reaksiya anti-qlobalizm oldu. Bu gün artıq anti-qloballaşma hərəkatları Qərb ölkələrinin əksəriyyətində mövcud siyasətin mühüm amilini kəsb edir.

Antiqlobalizm Nyu-Yorkdakı “Occupy Wall Street” və Avropa şəhərlərindəki etirazlardır. Bu, Julian Assanc, Edvard Snouden, eləcə də Dövlət Departamenti və Milli Təhlükəsizlik Aqentliyinin planlarını pozan digər jurnalistlərdir.

Antiqlobalizm – terrorçu və qlobal koalisiyaya qarşı haqlı mübarizəsinə davam edən Suriyadır. Bu, müstəqil mövqeli İran, Britaniya və Amerika hökmranlığı olmayan gələcəyə yol açan Hindistandır. Bu, anti-oliqarx siyasəti yürüdən avropa solçuları, eləcə də milli ənənələrin Sem dayı ilə dostluqdan daha vacib olduğunu hesab edən sağçılardır.

Nəhayət, bu, Vladimir Putinin 2007-ci ildə Münhendə çıxışından başlayan Rusiyanın mövqeyidir. Onda Rusiya prezidenti bunları söylədi: “Müasir dünya üçün təkqütblü model nəinki qəbuledilməz, həm də qeyri-mümkündür”.

Dünyada artan anti-qloballaşma, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının ambisiyaları məhdudlaşdırır. Lakin, təəssüf ki, onda müsbət məznun yoxdur. Anti-qlobalizm qloballaşmanın inkarıdır, lakin çılpaq inkar alternativ deyil. Alternativ isə yalnız başqa, Vaşinqtonun təklif etdiyindən fərqli bir qlobal layihə ola bilər.

Yeri gəlmişkən, “İslam Dövləti”nin layihəsi — radikal anti-qlobalizasiya növlərindən biridir. İD-in dünyaya təklif etdiyi layihə gələcək “İslam xalifətinin” ərazisini hər hansı bir “kafir” mədəniyyətdən təmizlənməsinə yönəlib. Bu qara dərik modelinə düşən bəşəriyyəti inkişaf deyil, məhv gözləyir. Buna görə də, radikal islamçıları dünyada ilk qlobal layihəni təklif edən bolşeviklərlə müqayisə etmək olmaz. Onlar radikal anarxistlərlə müqayisə edilə bilər.

Qloballaşmanın Rusiya modeli

Qloballaşmanın real alternativi anti-qloballaşma deyil, gələcək dünya nizamının dəyişdirilməsi məsələsi ilə bağlı alterqlobalizmdır. Bu gün məsələ belədir: qloballaşma nəticəsində ya ABŞ və yaxud digər qlobal oyunçunun planetar dominantlığı qurulacaq, yada ki, “Сoncordia in diversitate” –“Müxtəliflik harmoniyası” formulu ilə ifadə olunan çoxqütblü dünya formalaşacaq.

Bu gün Amerika Birləşmiş Ştatları və onların Böyük Britaniya kimi ən yaxın peyklərindən başqa hər kəs çoxqütblü dünyada maraqlıdırlar.

Mövcud vəziyyətdə ABŞ-ın əsas rəqibi kimi Çin çoxqütblü dünyanın tərəfindədir, hərçənd o, qlobalistlərə hər hansı bir alternativ model verməyə maraq göstərmir. Lakin, müstəqil dünya subyekti statusunu itirən Avropa çoxqütblü dünyada çox maraqlıdır. Belə ki, Amerika sayağı qloballaşmaya qarşı ismarıc göndərən yeganə dünya subyekti Rusiya oldu.

BMT Baş Assambleyasının 70-ci sessiyasında Vladimir Putinin çıxışında, Münhendə olduğu kimi, çoxqütblü dünyanın formalaşdırılması zərurəti bildirildi. Rusiya yenidən qlobal qarşıdurmanın önündə dayandı. 

Ukrayna, Suriya və dünyanın digər bölgələrində Rusiya milli deyil, qlobal kateqoriyalarla düşünür. Filosof Aleksandr Kashanskinin sözlərinə görə, bu gün Rusiya qloballaşmanın paradiqmasını dəyişir.

Rus filosofu Aleksandr Zinoviev vaxtilə yazırdı ki, ruslar dövlət taleyindən kənara çıxaraq bütün tarixi prosesin kulminasiyasını öz təcrübələrində yaşayıblar. Belədir ki var. Öz tarixi təcrübəsinə əsaslanaraq Rusiya dünya nizamının primitivləşməsini qəbul etməyəcək. Bu an ölkəmizin bütün xarici siyasəti çoxmədəniyyətli dünyanın qorunması vəzifəsinə tabedir.

Vladimir Lepexin,

“RİA-Novosti”nin eksperti

Xəbər lenti
0