Nikolay Bordyuja artıq bütün istiqamətlərdə vəziyyətin gərginləşdiyini qeyd edib. O həmçinin bildirib ki, hazırda dünyada olan bir çox “qaynar nöqtələr”ə sülhməramlı qüvvələr cəlb edilməlidir. Düşünmürəm ki, onlar yaxın gələcəkdə baş tutacaq lakin, istənilən halda, KTMT Kollektiv Sülhməramlı Qüvvələri tərəfindən praktiki döyüş tapşırıqlarının yerinə yetirilməsi mümkün əməliyyatlara hazırlıqdır-deyə Bordyuja vurğulayıb.
Politoloq İlqar Vəlizadənin fikrincə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr Suriya əməliyyatlarına sınaq əməliyyatları kimi baxırlar:
“Onların orduları Ermənistan istisna olmaqla digər ölkələrin qoşunları heç vaxt hərbi əməliyyatlarda iştirak etməyiblər. Bunlar üçün belə bir hərbi vəziyyətdə qoşunları göndərmək və hansısa konkret əməliyyatlarda iştirak etmək təcrübədir. Onlar təcrübə və güclərinin artması baxımdan maraqlıdırlar. Digər tərəfdən bütün belə əməliyyatlar müəyyən siyasi risklə səciyyələnir, eyni zamanda da söhbət gedən ölkələrin həyata keçirdikləri əməliyyatlar insan itkiləri ilə nəticələnə bilər. Buna görədə bu ölkələrin hakim orqanları xalqlarının qarşısında açıqlama verməlidirlər ki, nəyə görə bunların insanları uzaq ölkələrdə döyüşüb və həlak olublar. Bu suala cavab asan deyil, ona görə onlar bu məsələlərdə özlərini çox güman ki, ehtiyyatlı aparacaqlar. Rusiyanın bu ölkələri Suriya əməliyyatlarına cəlb etmək istəməsinə baxmayaraq yaxın vaxtlarda bu olmaycaq”.
Qeyd edək ki, Nikolay Bordyujanın da iştirakı ilə sentyabrın 30-dan oktyabrın 4-dək Ermənistanda KTMT-nin "Sarsılmaz qardaşlıq-2015" adlı təlimlər çərçivəsində sülh məramlı qüvvələrin döyüşə hazırlıq səviyyəsi və kollektiv təhlükəsizlik sistemi vasitələrinin yoxlanışı keçirilib.