PKK-da döyüşçü qalmadı, daha 21 terrorçu öldürüldü

© AP PhotoPKK-Kandil
PKK-Kandil - Sputnik Azərbaycan
Abunə olmaq
Küçəyə çıxma qadağasının tətbiq edildiyi qəsəbədə geniş əməliyyat tədbirləri keçirilir.

BAKI, 7 okt — Sputnik. Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 21 PKK terrorçusu öldürülüb. Küçəyə çıxma qadağasının tətbiq edildiyi qəsəbədə geniş əməliyyat tədbirləri keçirilir. 3 nəfər terrorçunun isə həbs edildiyi qeyd olunub.

PKK-ya qarşı yürüdülən əməliyyatlarla bağlı Mardin valiliyindən də açıqlama verilib.

"Nusaybin qəsəbəsində oktyabrın 1-dən başlayan və hələ də davam edən küçəyə çıxma qadağasında əsas məqsəd, terrorçuları zərərsizləşdirmək, ictimai asayişi təmin etmək və qəsəbədəki barrikadaları yığışdırmaqdır"

Əməliyyatlarda 2 min 800 kiloqram partlayıcı maddə ələ keçirilərək məhv edilib.

Xəbər lenti
0