BAKI, 6 okt — Sputnik. Uzun illərdir ki, istər xalq təbabətində olsun, istərsə də tibb elmində acı bibərin faydaları bilinən mövzu idi. Bu qidanın ən xeyirli tərəfini isə Çin Tibb Elmlər Akademiyasının həkimləri üzə çıxarıblar.
Belə ki, yarım milyon insan üzərində həyata keçirilən araşdırmada, acı bibərin xərçəng və ürək xəstəliklərinin qarşısını aldığı təsdiqlənib.
Burda əsas məsələ xəstəliyə tutulduqdan sonra yox, tutulmadan öncə bu qidanı həftədə azı 2-3 dəfə qəbul etməkdir.
Bu zaman insanların bu qorxunc xəstəliklərə tutulma riski olduqca azalır.
Lakin mütəxəssislər, acı bibərin bu qədər faydalı olmasına baxmayaraq yemədə həddi aşmamağı tövsiyyə edir.