CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rasizadə: Türkiyəli mütəxəssislərin köməyilə nizami ordumuz yaranıb

© Photo : REPORTAzərbaycan Ordusu
Azərbaycan Ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb.

BAKI, 6 okt — Sputnik. Bu gün baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sputnik-in məlumatına görə, A. Rasizadə görüşdə Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, mədəni, həmçinin hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələrin mövcud olduğunu bildirib.

Baş nazir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra türkiyəli mütəxəssislərin də yaxından köməyi ilə bu gün artıq Azərbaycanda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha vurğulayıblar. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi H. Akar son illər qardaş Azərbaycana hərbi-texniki və kadr hazırlığı sahəsində göstərilən yardımlarla yanaşı, keçirilən birgə hərbi təlimlərin də böyük əhəmiyyət daşıdığını və orduda peşəkarlığın artırılmasına xidmət edən belə təlimlərdə çox səmərəli nəticələr əldə olunduğunu söyləyib.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik, bölgədə sabitliyin qorunub saxlanması və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0